top of page

“Telegram”da vətəndaşların 22 min manatını ələ keçirən şəxs saxlanılıb

  • APNEWS
  • 13 Mar
  • 1 dakikada okunur

“Telegram”da vətəndaşları aldadaraq 22 min manatını ələ keçirən şəxs saxlanılıb.


DİN-dən APnews-ya verilən xəbərə görə, Sumqayıt şəhər sakini olan iki nəfər “Telegram” sosial şəbəkəsində tanımadıqları səhifələrdən onlara mesajlar göndərildiyini və onlayn platformalarda paylaşılan məhsulları bəyənib maddi gəlir qazanacaqları vədi ilə aldadılaraq bank kartlarındakı pul vəsaitlərinin ələ keçirildiyi barədə polisə müraciət ediblər.


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində kiberdələduzluq cinayətlərində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. Qeyd olunan hüquqazidd əməllər nəticəsində iki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan vurulub.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.


X.Orucovla birgə kiberdələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

İstifadə qaydaları

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Facebook
  • Instagram
  • Телеграмма
  • Youtube
  • ТИК Так

© 2025 "APNEWS" Bütün hüquqlar qorunur

bottom of page