top of page

Niderlandın xarici işlər naziri Azərbaycan sərhədinə gəlib

  • APNEWS
  • 13 Mar
  • 1 dakikada okunur
ree

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan şərti sərhədinə gəliblər.

APnews xəbər verir ki, bu barədə Niderlandın XİN başçısı "X" hesabında paylaşım edib.

Veldkamp Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının üzvləri ilə görüşüb. Missiyanın müşayiəti ilə sərhədə gəlib və burada monitorinq prosesində iştirak edib.

Qeyd edək ki, Niderlandın XİN başçısının rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Ermənistana səfər edib, Veldkamp Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.



İstifadə qaydaları

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Facebook
  • Instagram
  • Телеграмма
  • Youtube
  • ТИК Так

© 2025 "APNEWS" Bütün hüquqlar qorunur

bottom of page