top of page

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçiriləcək

  • APNEWS
  • 10 Mar
  • 1 dakikada okunur

Martın 13-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.


Dövlət Vergi Xidmətindən Apnews-a bildirilib ki, iclasda Dünya Bankı tərəfindən “Biznesə daxilolma” indikatoru ilə bağlı ünvanlanmış anket sorğusu, “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”ndə qarşıda duran vəzifələr barədə məlumat təqdim olunacaq.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “https://azranking.az internet portalının “Onlayn müraciət" (https://azranking.az/online-apply) bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupunun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

İstifadə qaydaları

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Facebook
  • Instagram
  • Телеграмма
  • Youtube
  • ТИК Так

© 2025 "APNEWS" Bütün hüquqlar qorunur

bottom of page