top of page

Axtarışda olan şəxslərin gizləndikləri mənzilə FHN qüvvələri cəlb olunub

  • APNEWS
  • 8 Mar
  • 1 dakikada okunur

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində axtarışda olan şəxslərin gizləndikləri mənzilə Fövəqladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. 


"Apnews" xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. 


Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.


Faktla bağlı araşdırma aparılır.

İstifadə qaydaları

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Facebook
  • Instagram
  • Телеграмма
  • Youtube
  • ТИК Так

© 2025 "APNEWS" Bütün hüquqlar qorunur

bottom of page